HƏMAS ABŞ-ni Qəzzaya nəzarətlə bağlı bəyanatlardan imtina etməyə çağırıb
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampı Vaşinqtonun Qəzza zolağına nəzarət etməsi və anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi barədə bəyanatlardan imtina etməyə çağırıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc edilmiş açıqlamada deyilir.
"Biz ABŞ administrasiyasını və Prezident Trampı beynəlxalq normalara zidd olan və Fələstin xalqının öz torpağındakı təbii hüquqlarını pozan məsuliyyətsiz bəyanatlardan imtina etməyə çağırırıq", - açıqlamada qeyd olunur.
HƏMAS həmçinin BMT, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək "bu təhlükəli bəyanatların müzakirəsi" üçün təcili iclaslar keçirməyə, eləcə də "qəti və tarixi mövqe tutmağa" çağırıb.
Qeyd edək ki, D.Tramp fevralın 4-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib ki, ABŞ Qəzza zolağını Yaxın Şərqdə sülh naminə inkişaf etdirmək üçün anklava uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirir.
Oxşar xəbərlər
HƏMAS Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Netanyahu HƏMAS-la anlaşmada mövqeyini yumşaltmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS Qəzza zolağında hakimiyyətdən imtina edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər Trampın fələstinlilərin Qəzzaya köçürülməsi təklifinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













