HƏMAS ərəb ölkələrinin liderlərini Qəzza məsələsi ilə bağlı görüşə çağırıb
sizinxeber.az xəbər saytı

HƏMAS ərəb ölkələrinin liderlərini Qəzza məsələsi ilə bağlı görüşə çağırıb


Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb ölkələrinin liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb.

“Sizinxeber.az” xəbər verir ki, HƏMAS nümayəndəsi Hazem Qasımın müvafiq bəyanatı hərəkatın teleqram kanalında dərc olunub.

“Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik: Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bununla əlaqədar biz ərəb ölkələrinin başçılarını təcili toplantı keçirməyi və fələstinlilərin zorla çıxarılması planlarına qarşı çıxmaq yollarını müzakirə etməyə çağırırıq”, - Qasım vurğulayıb.

Xatırladaq ki, Tramp artıq bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir və İordaniyaya, yaxud digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O bildirib ki, ABŞ anklavı nəzarətə götürməyə, minalardan təmizləməyə və infrastrukturu bərpa etməyə hazırdır.

Oxşar xəbərlər

HƏMAS Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS ABŞ-ni Qəzzaya nəzarətlə bağlı bəyanatlardan imtina etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər Trampın fələstinlilərin Qəzzaya köçürülməsi təklifinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsini mümkün hesab edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər