İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə “The New York Times” “Tesla” şirkətinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, Mask müntəzəm olaraq ölüm təhdidləri və təqiblərlə üzləşir. Bu, onu “onsuz da nəhəng olan təhlükəsizlik qüvvələrini” ABŞ-nin Məxfi Xidmətinin daha kiçik ekvivalentinə qədər genişləndirməyə məcbur edib.
Ona yaxın olan, adı açıqlanmayan mənbələr “The New York Times”a bildiriblər ki, tez-tez təhdidlər səbəbindən Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb. Sahibkar nadir hallarda, hətta özünün “X” şirkətinin tualetinə gedəndə cangüdənsiz hərəkət edir.
Əgər əvvəllər Maskı yalnız iki mühafizəçi müşayiət edirdisə, indi o, 20 təhlükəsizlik mütəxəssisi ilə səyahət edir. Onlar silahlıdırlar, Maskın girməli olduğu binaları yoxlayır və sahibkara yaxınlaşma yollarını öyrənirlər. Qəzetə müsahibə verən təhlükəsizlik ekspertlərinin fikrincə, milyarder biznesmen kimi yox, dövlət başçısı kimi qorunur.
Oxşar xəbərlər
İlon Mask üç ilə trilyonçu ola bilər
KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər
İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
