ÜST maliyyə çatışmazlığı səbəbindən işə qəbulu dayandırıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞniın təşkilatdan çıxmasından sonra likvidlik böhranı səbəbindən işə qəbulu dayandırıb və səfərləri məhdudlaşdırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın İcraiyyə Komitəsinin 156-cı sessiyasında bildirib.
"ABŞ-nin bəyanatı vəziyyəti kəskinləşdirdi. Biz işimizi və əməkdaşlarımızı maksimum qorumaq üçün dərhal qüvvəyə minən bir sıra tədbirlər elan etdik. Resursların strateji uyğunlaşdırılmasını həyata keçiririk, ən vacib sahələr istisna olmaqla işə qəbulu dayandırırıq və ezamiyyə xərclərini əhəmiyyətli dərəcədə azaldırıq", - o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.
Oxşar xəbərlər
Tramp ABŞ-nin ÜST-dən çıxması ilə bağlı fərman imzalayıb
Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib
ÜST ABŞ-nin təşkilatdan çıxmasına münasibət bildirib
Qebreyesus: Gələcəkdə Azərbaycanla birgə layihələr uğurla reallaşdırılacaq
ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













