Vaşinqtonda qəzaya uğrayan təyyarənin qalıqları fevralın 3-də çaydan çıxarılacaq
sizinxeber.az xəbər saytı

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qalıqları fevralın 3-də çaydan çıxarılacaq


ABŞ-nin Vaşinqton şəhərində qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin parçaları fevralın 3-dən Potomak çayından çıxarılmağa başlanılacaq.

Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, ABŞ ordusunun mühəndislər korpusu əvvəlcə təyyarə fraqmentlərinə diqqət yetirəcək, sonra isə “Black Hawk” helikopterinin qalıqlarının quruya qaldırılması üçün işə başlayacaq.

Fevralın 8-nə kimi çaydan böyük parçalar, bundan sonra, digər dağıntılar təmizlənəcək. İşlərin fevralın 12-dək başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, hadisə yanvarın 30-da baş verib. Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə Kanzasdan gələn, içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub. Qəza nəticəsində həlak olan 41 nəfərin meyitini tapılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən etmək mümkün olub.

Oxşar xəbərlər

ABŞ-də təyyarə qəzasında ölən 41 nəfərin meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları Potomak çayından çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də təyyarə qəzasından bir gün əvvəl helikopterlə bağlı başqa bir hadisə baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle