Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları Potomak çayından çıxarılıb
sizinxeber.az xəbər saytı

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları Potomak çayından çıxarılıb


Ötən gün Vaşinqtonda qəzaya uğrayan təyyarənin "qara qutu"ları tapılaraq deşifrə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Bildirilib ki, pilotların kabinədəki söhbətlərini və təyyarənin uçuş parametrlərini qeydə alan qeydiyyatçılar Potomak çayından götürülərək Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına göndərilib.

Qeyd edək ki, yanvarın 30-u Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hadisə nəticəsində təyyarədə olan 64 nəfərin hamısı həlak olub, həmçinin helikopterdə olan dörd hərbçinin hamısı həyatını itirib.

Oxşar xəbərlər

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları çaydan çıxarılıb
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Vaşinqtonda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb
Vaşinqtonda helikopterlə toqquşmuş təyyarənin qara qutuları tapılıb
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər