ABŞ-də təyyarə qəzasından bir gün əvvəl helikopterlə bağlı başqa bir hadisə baş verib
sizinxeber.az xəbər saytı

ABŞ-də təyyarə qəzasından bir gün əvvəl helikopterlə bağlı başqa bir hadisə baş verib


Vaşinqtonda baş verən təyyarə qəzasından bir gün əvvəl başqa bir təyyarə helikopterin peyda olması səbəbindən eniş zolağına ikinci dəfə daxil olmağa cəhd edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” hava limanındakı mənbələrə istinadən yazıb.

"American Eagle” aviaşirkətinin 5342 saylı reysinin Ronald Reyqan milli hava limanı yaxınlığında “Black Hawk” ordu helikopteri ilə toqquşmasından cəmi 24 saat əvvəl oraya enmək istəyən başqa bir təyyarə onun uçuş trayektoriyası yaxınlığında helikopterin peyda olmasından sonra eniş zolağına təkrar daxil olmağa məcbur olub", - materialda qeyd olunur.

CNN telekanalı təhlil olunmuş məlumatlara istinadən bildirir ki, Vaşinqtondakı Ronald Reyqan adına hava limanı ərazisində helikopterlərlə təhlükəli yaxınlaşma son aviaqəzaya qədər üç il ərzində ən azı üç dəfə qeydə alınıb.

Təyyarə yalnız ikinci cəhddə uğurla eniş edə bilib.

Xatırladaq ki, “American Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına milli hava limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç ekipaj üzvü olub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, təyyarə qəzası nəticəsində heç kim sağ qalmayıb.

Oxşar xəbərlər

KİV: ABŞ-də təyyarə qəzasından sağ çıxan yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon təyyarə ilə toqquşan helikopterin məxsus olduğu bölmənin uçuşlarını dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle