Trampın rüsum fərmanına ilk reaksiya Meksikadan gəlib: Cavab rüsumları tətbiq ediləcək
Meksika ABŞ-nin rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək.
“Report” xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Onun sözlərinə görə, Mexiko Vaşinqtonla dialoqa açıqdır və problemlər tariflərin tətbiqi ilə deyil, danışıqlar və dialoq yolu ilə həll olunur:
“İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirlərini özündə əks etdirən “B” planını həyata keçirməyi tapşırıram. Biz Ağ Evin ərazimizə hər hansı müdaxiləsini və cinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinə qarşı böhtanı qəti şəkildə rədd edirik. Meksika qarşıdurma istəmir və biz qonşu ölkələr arasında əməkdaşlıqdan başlayırıq. Meksika fentanilin ABŞ-a və ya başqa yerə daxil olmasını istəmir.
Əgər Birləşmiş Ştatlar narkotik alveri edən və zorakılıq yaradan cinayətkar dəstələrlə mübarizə aparmaq istəyirsə, biz birlikdə işləməliyik. Bu məqsədlə mən Prezident Trampa ən yaxşı ictimai sağlamlıq və təhlükəsizlik ekspertlərimizdən ibarət işçi qrupu yaratmağı təklif edirəm”.
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə fərmanlar imzalayıb. Fərmanlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir.
Oxşar xəbərlər
Meksika ABŞ-yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Trüdo Tramp ilə görüşmək üçün Floridaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












