“ABC News” Donald Trampa 15 milyon dollar ödəyəcək
“ABC News” ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa şərəf və ləyaqətin qorunması işini məhkəməyə qədər həll etmək üçün 15 milyon dollar ödəyəcək.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə şənbə günü Florida ştatının Cənub Dairəsinin Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə deyilir.
Razılaşmanın şərtlərinə görə, “ABC News” iddiaçı tərəfindən "təsis ediləcək prezident fondu və muzeyinə" 15 milyon dollar xeyriyyə töhfəsi, həmçinin Trampın vəkillik xərcləri üçün 1 milyon dollar ödəyəcək.
Mart ayında Tramp telekanalı və onun aparıcısı Corc Stefanopulosu məhkəməyə verib. Aparıcı efirdə Trampın yazıçı Elizabeth Cin Kerrollu təcavüzdə təqsirli bilindiyini elan edib. Trampın vəkillərinin sözlərinə görə, “ABC News”un aparıcısı bilirdi ki, münsiflər heyəti əvvəllər müttəhimin (Trampın - red) təcavüz etmədiyindən məlumatlı idi.
Oxşar xəbərlər
Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək
“OpenAI”ın icraçı direktoru Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edəcək
Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər
Kamala Harrisin seçki qərargahı 500 milyon dollar toplayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
