WSJ: Mask gizli şəkildə respublikaçılara on milyonlarla dollar ianə edib
Amerikalı sahibkar İlon Mask bir neçə il ərzində gizli şəkildə Respublikaçılar Partiyasına on milyonlarla dollar ayırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, əvvəllər məlum olmayan ianələr Maskın 2024-cü ilin yayında respublikaçılardan ABŞ prezidentliyinə namizəd Donald Trampın dəstəklənməsi üçün komitə yaratmasından xeyli əvvəl “respublikaçı təşəbbüslərin və namizədlərin maliyyələşdirilməsində əhəmiyyətli qüvvə olduğunu” göstərir.
2022-ci ilin payızında milyarder aralıq seçkiləri ərəfəsində tərəddüd edən ştatlarda demokratlara qarşı kampaniyaya 50 milyon dollardan çox vəsait ayırıb. 2023-cü ildə Mask o zaman prezident seçkilərində iştirak etmək iddiasında olan Florida qubernatoru Ron DeSantisi dəstəkləmək üçün 10 milyon dollar ianə edib.
Respublikaçılar Partiyasının hüquqşünasları və məsləhətçiləri Maska bu maliyyə əməliyyatlarına aidiyyətini gizlətməkdə kömək ediblər. “The Wall Street Journal” əlavə edir ki, tranzaksiyaların müzakirəsi üçün məlumatların ucdan-uca şifrələnməsi texnologiyasından istifadə edən “Signal” mesencerindən istifadə olunub.
Oxşar xəbərlər
İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Trampa qarşı çıxan Respublikaçılar Harrisin kampaniyası üçün vəsait toplayıblar
Kamala Harrisin seçki qərargahı 500 milyon dollar toplayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
