Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.
“Sizinxeber.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.
“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan əlavə edib.
O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.
Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.
Oxşar xəbərlər
Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb
Hakan Fidan: Suriyada terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır
Nazir Fidan: İraqdan son gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır
Hakan Fidan sabah İraqa səfər edəcək
Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
