Nazir Fidan: İraqdan son gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır
sizinxeber.az xəbər saytı

Nazir Fidan: İraqdan son gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır


"İraqdan son gözləntimiz, qadağan olunmuş təşkilat kimi elan etdiyi PKK-nı, həm də terror təşkilatı kimi tanımasıdır".

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Fidan həmkarı ilə görüşdə iki ölkə və regiona aid mühüm məsələləri ətraflı şəkildə müzakirə etdiyini bildirib.

İraqda davamlı sabitlik və rifahın bərqərar olması üçün tam təhlükəsizliyin təmin edilməsi lazım olduğunu qeyd edən nazir bunları deyib:

“Təhlükəsizlik və terrorla mübarizə sahəsində İraqla son zamanlardakı anlaşmalarımız bu kontekstdə çox dəyərlidir. Xüsusilə terrorla, İŞİD və PKK ilə mübarizəmiz böyük əhəmiyyət kəsb edir. PKK terror təşkilatı İraqın suverenliyini pozur və onun milli təhlükəsizliyinə ciddi təhdid yaradır. PKK-nın hücumu nəticəsində iki İraq əsgəri şəhid olub. Allahdan şəhidlərə rəhmət diləyirəm. Mən bu faktı ən güclü şəkildə vurğulamaq istəyirəm ki, PKK Türkiyə, İraq və Suriyanı hədəf alır. Biz regionumuzun gələcəyi, rahatlığı və firavanlığı üçün terrora qarşı birgə mübarizə aparmalıyıq. Biz bütün imkanlarımızı birləşdirib həm İŞİD-i, həm də PKK-nı məhv etməliyik. İraqdan son gözləntimiz, qadağan olunmuş təşkilat elan etdiyi PKK-nı terror təşkilatı kimi tanımasıdır”.

Oxşar xəbərlər

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Hakan Fidan: İsrailin Suriyada yürütdüyü siyasət böyük təxribatlara yol aça bilər
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan misirli həmkarı Bədr Abdulati ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle