İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib


İsrail Həbsxana Xidməti Qəzza zolağında saxlanılan dörd israilli girovun səhər saatlarında yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbusun azad edildiyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsinə göndərilib.

Yanvarın 25-i səhər saatlarında Qəzza zolağında yeni israilli girovlar qrupu azad edilib. Qrupa HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumu zamanı İsrailin Fələstin anklavı ilə sərhədində xidmət edən dörd hərbçi qadın daxil idi. Onlar artıq hərbçilərin müşayiəti ilə İsrailə çatıblar.

Oxşar xəbərlər

İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Baş Qərargahı Qəzza və Livanda əməliyyatların davam etdirilməsinə hazırlıq barədə tapşırıq verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər