Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib
Cənubi Koreya Prokurorluğu məhkəməyə Prezident Yun Sok Yolun həbsinin uzadılması ilə bağlı təkrar müraciət edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Yanvarın 23-də Yüksək vəzifəli şəxslərlə bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi səbəbindən Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib. Həmin gün prokurorluq məhkəməyə Prezidentin həbsinin fevralın 6-dək uzadılması ilə bağlı müraciət edib.
Seul Mərkəzi Dairə Məhkəməsi yanvarın 24-də istintaq üçün kifayət qədər əsas olmadığını hesab edərək prezidentin həbsinin uzadılmasından imtina edib. Hakim qeyd edib ki, qanun istintaq və məhkəmə prosesində dövlət ittihamını fərqləndirir və antikorrupsiya idarəsi haqqında qanun onun müstəqil araşdırmalar aparmasını nəzərdə tutur.
Hüquq-mühafizə orqanı əlavə istintaq üçün həbsin uzadılmasını zəruri hesab edir.
Oxşar xəbərlər
Koreya Respublikasının Prezidenti məhkəməyə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya polisi prezidentin həbsini öz üzərinə götürməkdən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya məhkəməsi Prezidentin həbsinə qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













