İsrail 33 girovu azad etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

İsrail 33 girovu azad etməyi planlaşdırır


İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsi planı barədə onların ailələrinə məlumat verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Kan telekanalı məlumat yayıb.

"Bu gün səhər Oğurlanmış Şəxslər üzrə İdarə razılaşmanın birinci mərhələsində azad ediləcək şəxslərin siyahısına daxil edilmiş 33 şəxsin ailələrinə məlumat verib", - teleradio şirkətinin məlumatında deyilir.

Qeyd olunur ki, ailələrə girovların səhhəti barədə məlumat verilməyib.

Məlum olduğu kimi, razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində Qəzza zolağından bütün qadınlar, o cümlədən hərbçilər, uşaqlar, 50 yaşdan yuxarı kişilər, həmçinin xəstə və yaralı şəxslər azad ediləcək.

Oxşar xəbərlər

İsrail ilkin mərhələdə 2 min fələstinlini azad edəcək
KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib
KİV: Qəzza ilə bağlı ilkin razılaşmada 1000-ə yaxın fələstinli məhbus azad ediləcək
İsrail HAMAS ilə razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər