İsrail ilkin mərhələdə 2 min fələstinlini azad edəcək
Dohada yanvarın 16-da İsrail və HƏMAS arasında girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsə dair əldə edilmiş razılaşmanın birinci mərhələsi 33 İsrail əsirinin 2 min Fələstin məhbusuna dəyişdirilməsini nəzərdə tutur.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və həyata keçirilməsi imzalanmasından 2-3 gün sonra başlayacaq. İlk növbədə 33 girov azad ediləcək: əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və s. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkumu, o cümlədən 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra saxlanılmış təxminən min nəfəri azad edəcək.
Mübadilə üçün təsdiqlənmiş Fələstin məhbuslarından təxminən 250 nəfəri ömürlük həbs cəzası çəkir. Eyni zamanda, razılaşma çərçivəsində 2023-cü il oktyabrın 7-də İsrailə hücumda bilavasitə iştirak edən terrorçulardan heç biri azad edilməyəcək.
Oxşar xəbərlər
İsrail HAMAS ilə razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək
HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib
KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
