Çad Prezidenti Makronun Afrikaya qarşı hücumlarından hiddətlənib
Çad Respublikasının Prezidenti Mahamat İdriss Debi İtno Emmanuel Makronun vaxtilə Fransanın müstəmləkəsi olmuş Afrika ölkələrinə qarşı hücumlarından hiddətlənib.
“Report” xəbər verir ki, bu barədə Çadın “Alwihda” portalı məlumat yayıb.
"Prezident Emmanuel Makronun Afrikaya və afrikalılara nifrət dolu son açıqlamalarına görə qəzəbimi ifadə etmək istərdim. Açığı, düşünürəm ki, o, dövrü səhv salıb", - portal prezidentin sözlərini sitat gətirib.
Mahamat İdriss Debi İtno Çad və digər fransızdilli Afrika ölkələrinin Parislə hərbi əməkdaşlığı dayandırması ilə bağlı Makronun açıqlamasına münasibət bildirib. Fransa Prezidentinin sözlərinə görə, afrikalılar bu qərarı Parislə razılaşdırıblar, lakin bunu açıq şəkildə bəyan etməyiblər və terrorla mübarizədə göstərilən köməyə görə "təşəkkür etməyi unudublar".
"Fransa ilə hərbi əməkdaşlığın dayandırılması Çadın suveren qərarıdır. Burada heç bir ikimənalılığa yer yoxdur", - Mahamat İdriss Debi İtno vurğulayıb.
Oxşar xəbərlər
Partiya lideri: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək
Fransanın hər yerində Makronun siyasətinə qarşı nümayişlər keçirilir
KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb
KİV: Makronun reytinqi antirekordu yeniləyib
Paşinyan "Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini" alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







