“Qatar Airways” Dəməşqə ilk uçuşunu reallaşdırıb
sizinxeber.az xəbər saytı

“Qatar Airways” Dəməşqə ilk uçuşunu reallaşdırıb


Qətər milli aviaşirkəti “Qatar Airways”ə məxsus təyyarə Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha-Dəməşq marşrutu üzrə ilk kommersiya uçuşunu həyata keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Bu gün Dəməşq Beynəlxalq Hava Limanına ilk kommersiya təyyarəsi gəlib. “Qatar Airways”ə məxsus təyyarə saat 10:05-də Dohadan uçub", - o, brifinqdə bildirib.

Qətər XİN rəsmisinin sözlərinə görə, təyyarədə 200 sərnişin olub.

Əl-Ənsari qeyd edib ki, yanvarın 6-da Qətər silahlı qüvvələrinin səkkizinci təyyarəsi göyərtəsində humanitar yardımla Dəməşqə eniş edib. Onun sözlərinə görə, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Qətərdən Suriyaya çatdırılan yardımın ümumi həcmi 231 ton təşkil edib.

Oxşar xəbərlər

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
Qətər Suriyada səfirliyini açır
Qətər tezliklə Suriyada səfirlik açacaq
Rusiyaya məxsus təyyarə Şarm əl-Şeyx hava limanına məcburi eniş edib
XİN: Qətər Qəzza üzrə danışıqlarda vasitəçiliyi dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər