ABŞ Prezidenti Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Prezidenti Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib


ABŞ Prezidenti Cozef Bayden ölkənin 2025-ci maliyyə ili (oktyabrın 1-də başlayıb) üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin dərc etdiyi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, “Prezident 2025-ci maliyyə ili üçün əsasən ABŞ Müdafiə Nazirliyinin proqramları və hərbi tikinti, ABŞ Energetika Nazirliyinin milli təhlükəsizlik sahəsindəki proqramları və kəşfiyyat sahəsindəki proqramlar üçün” ayrılmalar haqqında qanunu imzalayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.

1 800 səhifədən ibarət sənədin mətnində Pentaqona münasibətdə “Rusiya Federasiyasının hökuməti və ya Rusiya energetika sektoru ilə qalıq yanacaqla əməliyyatlar həyata keçirən şəxslərlə müqavilələrin bağlanmasına qadağa” yenidən daxil edilib.

Oxşar xəbərlər

Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə büdcəsini təsdiqləyib
Bayden 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
ABŞ Senatı 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
ABŞ Konqresi 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər