Almaniyada kanslerin üzvü olduğu partiya “Taurus”un Kiyevə verilməsinə qarşı çıxıb
Kansler Olaf Şoltsun üzvü olduğu Almaniya Sosial Demokrat Partiyası federal seçkilərlə bağlı özünün seçki proqramına Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlərin verilməsindən imtina ilə bağlı müddəa daxil edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Funke” nəşri partiyanın seçki proqramının layihəsinə istinadən məlumat yayıb.
Sosial-demokratlar öz proqramlarında Ukraynaya dəstək bəyan ediblər, lakin “Taurus” raketlərinin tədarükünə qarşı çıxıblar. Partiya hesab edir ki, Almaniya və NATO özləri münaqişənin iştirakçısına çevrilməməlidirlər.
“Buna görə də biz Almaniya kansleri Olaf Şoltsun Bundesver ehtiyatlarından Taurus qanadlı raketlərini tədarük etməmək qərarını dəstəkləyirik”, - deyə proqramda vurğulayıb.
Eyni zamanda, sosial-demokratlar Ukrayna silahlı qüvvələrinin təlimini, silah və texnikanın tədarükünü “ehtiyatlılıq və uzaqgörənliklə” dəstəklədiklərini bildiriblər.
Oxşar xəbərlər
Şolts yenə də Ukraynaya “Taurus” raketlərini göndərməkdən imtina edib
Şolts: Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini göndərməyəcək
Almaniya yeni uzaqmənzilli qanadlı raketlər almağı planlaşdırır
Şolz Ukraynaya “Taurus” raketlərini tədarük etməyəcəyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
