Şolts yenə də Ukraynaya “Taurus” raketlərini göndərməkdən imtina edib
Almaniya kansleri Olaf Şolz Ukraynanı Kiyev hakimiyyətinin tədarükündə israrlı olduğu uzaqmənzilli “Taurus” raketləri ilə təmin etməkdən növbəti dəfə imtina edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“Almaniya bizim nə edib etməyəcəyimizlə bağlı dəqiq qərar verib. Bu qərar dəyişməyəcək”, - nəşr kanslerin Ukraynadakı münaqişə ilə bağlı brifinqdən sonra sözlərini yazıb.
Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt qeyd edib ki, ABŞ və Böyük Britaniyanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə mümkün zərbələr barədə müzakirələri Berlinin “Taurus” raketlərinin Kiyevə ötürülməsi demək deyil. Onun sözlərinə görə, Şolts bu məsələdə mövqeyini dəyişməyib.
Oxşar xəbərlər
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
