Hakan Fidan: Türkiyə terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verməyəcək
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Türkiyə terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verməyəcək


ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Suriyadakı son hadisələri müzakirə ediblər.

H. Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.

İllərdir diqqətdən kənarda qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan bildirib ki, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməlidir.

Oxşar xəbərlər

Hakan Fidan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər