Fransa hökumətinə etimadsızlıq göstərilməsinə çağırış edilib
sizinxeber.az xəbər saytı

Fransa hökumətinə etimadsızlıq göstərilməsinə çağırış edilib


Fransanın ultra-sağçı "Milli Birlik" partiyası büdcə haqqında qanun layihəsinə tələblərin nəzərə alınmaması səbəbindən hökumətə etimadsızlıq göstərmək niyyətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə partiyanın lideri Jordan Bardella RTL radiostansiyasının efirində bildirib.

"Əlbəttə ki, əgər baş nazir Mişel Barnye möcüzəvi şəkildə yerli vaxtla saat 15:00-a qədər büdcə haqqında qanun layihəsinin mətnini yenidən nəzərdən keçirməsə, "Milli Birlik" hökumətə etimadsızlıq göstərilməsi üçün lehinə səs verəcək", - deyə o qeyd edib.

J.Bardella bildirib ki, onun partiyası qanun layihəsinin dəyişdirilməsini nəzərdə tutan məntiqli tədbirlər təklif edib. Lakin bu təkliflər nəzərə alınmayıb və buna görə də hökumətin təqdim etdiyi büdcə haqqında qanun layihəsi fransızların alıcılıq qabiliyyətini zəiflədəcək.

Parlamentin Aşağı Palatasında 126 deputatla təmsil olunan "Milli Birlik" hökumətə etimadsızlıq votumunun elan edilməsi məsələsində əhəmiyyətli rol oynaya bilər.

“Figaro” qeyd edir ki, əgər hökumətə etimadsızlıq votumu elan etmək mümkün olarsa, bu, 1962-ci ildə Jorj Pompidu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ilk belə hal olacaq.

Oxşar xəbərlər

Fransa hökumətinə etimadsızlıq votumunun elan edilməsinə çağırış edilib
Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəklədi
Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib
Fransada Mişel Barnye hökumətinə etimadsızlıq rəyi irəli sürülüb
Le Pen Fransa hökumətini dəstəkdən məhrum etməklə hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər