Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib
Fransızların yarıdan bir qədər çoxu – 51 %-i Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsinin lehinədir.
"Report"un məlumatına görə, bunu BFMTV-nin sifarişi ilə “Elabe” tədqiqat və konsaltinq mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Telekanal sorğunun nəticələrinə dair şərhində qeyd edib ki, hələ oktyabrda azlıq hökumətin buraxılmasının tərəfdarı idi. Münasibətdə dəyişiklik Marin Le Penin ifrat sağçı “Milli Birlik” elektoratının tutduğu mövqe ilə əlaqədar baş verib.
Qeyd olunur ki, parlamentin aşağı palatasının deputatlarının bəziləri, xüsusən "Yeni Xalq Cəbhəsi" sol koalisiyasının bir hissəsi, hökumət Konstitusiyanın 49.3-cü maddəsini parlamentarilərin razılığı olmadan dövlət maliyyəsi haqqında qanun layihəsini qəbulu üçün tətbiq edərsə, etimadsızlıq səsverməsinin mümkünlüyü məsələsini qaldırır.
Oktyabrın əvvəlində Barnye kabineti əhəmiyyətli ictimai dəstəyə malik idi, fransızların yalnız 37 %-i etimadsızlıq səsverməsini istəyirdi.
Tədqiqatın nəticələrindən belə çıxır ki, “Milli Birlik” seçiciləri etimadsızlıq səsverməsinə dəstəklərini artırıblar. Sorğunun nəticələrinə görə, Le Pen tərəfdarlarının 61%-i belə qərarı dəstəkləyib. Bu, ötən ayla müqayisədə 32 faiz bəndi çoxdur.
Oxşar xəbərlər
Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəklədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada Mişel Barnye hökumətinə etimadsızlıq rəyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Barnye Fransanın immiqrasiyaya nəzarət edə bilmədiyini etiraf edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın yeni Baş naziri siyasi proqramını oktyabrda açıqlayacağını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












