Fransa hökumətinə etimadsızlıq votumunun elan edilməsinə çağırış edilib
Fransanın ultra-sağçı "Milli Birlik" partiyası büdcə haqqında qanun layihəsinə tələblərin nəzərə alınmaması səbəbindən hökumətə etimadsızlıq votumu elan etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə partiyanın lideri Jordan Bardella RTL radiostansiyasının efirində bildirib.
"Əlbəttə ki, əgər baş nazir Mişel Barnye möcüzəvi şəkildə yerli vaxtla saat 15:00-a qədər büdcə haqqında qanun layihəsinin mətnini yenidən nəzərdən keçirməsə, "Milli Birlik" hökumətə etimadsızlıq votumunun qəbul edilməsinin lehinə səs verəcək", - deyə o qeyd edib.
J.Bardella bildirib ki, onun partiyası qanun layihəsinin dəyişdirilməsini nəzərdə tutan məntiqli tədbirlər təklif edib. Lakin bu təkliflər nəzərə alınmayıb və buna görə də hökumətin təqdim etdiyi büdcə haqqında qanun layihəsi fransızların alıcılıq qabiliyyətini zəiflədəcək.
Parlamentin Aşağı Palatasında 126 deputatla təmsil olunan "Milli Birlik" hökumətə etimadsızlıq votumunun elan edilməsi məsələsində əhəmiyyətli rol oynaya bilər.
“Figaro” qeyd edir ki, əgər hökumətə etimadsızlıq votumu elan etmək mümkün olarsa, bu, 1962-ci ildə Jorj Pompidu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ilk belə hal olacaq.
Oxşar xəbərlər
Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəklədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada Mişel Barnye hökumətinə etimadsızlıq rəyi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Makron administrasiyası Barnye hökumətinin mümkün istefasına hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Le Pen Fransa hökumətini dəstəkdən məhrum etməklə hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












