ABŞ Venesuelanın 21 vətəndaşına qarşı sanksiya tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ Venesuelanın 21 vətəndaşına qarşı sanksiya tətbiq edib


ABŞ Venesuelanın daha 21 rəsmisinə, o cümlədən Nazirlər Kabinetinin üzvləri, səlahiyyətli orqanlar və kəşfiyyat xidmətlərinin əməkdaşlarına qarşı sanksiya tətbiq edir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün Vaşinqton və Karakas münasibətlərinə həsr olunmuş xüsusi onlayn brifinqdə çıxış edərkən bildirib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, onlar “demokratiyanı sarsıtmaq” və “insan hüquqlarının pozulması” ilə məşğuldurlar. Mənbə qeyd edib ki, ümumilikdə, ABŞ bu ittihamlara əsasən Venesueladan olan 180 fiziki və 100 hüquqi şəxsə sanksiya və viza məhdudiyyətləri tətbiq edib.

Oxşar xəbərlər

ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
Rəsmi London İranın beş fiziki və iki hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər