Çexiya Maliyyə Nazirliyi sentyabr daşqınlarından dəyən ziyanı təxminən 2,9 milyard dollar qiymətləndirib
Çexiya maliyyə naziri Zbınek Stanyura bildirib ki, sentyabrda respublikada baş vermiş daşqınlardan dəyən ziyanın davam edən hesablanması zamanı ümumi məbləğ 70 milyard krona (təxminən 2,9 milyard dollar) qədər artıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu nazir Çexiya Televiziyasında çıxışı zamanı bildirib.
“Ümumi ziyanın müəyyənləşdirilməsi vəziyyəti ayrı-ayrı regionlarda ziyanın dəqiqləşdirilməsi gedişində hər gün dəyişir. Bu, 65-70 milyard kron (təxminən 2,7-2,9 milyard dollar – red.) həddində olacaq”, – Stanyura qeyd edib.
Onun sözlərinə görə, daşqınlardan ən çox dövlət əmlakı zərər çəkib. Nazir vurğulayıb ki, ona dəyən ziyanın məbləği təbii fəlakətdən dəyən ümumi ziyanın yarısından çoxunu təşkil edir. Onun fəsadlarının aradan qaldırılması üçün vəsaitin bir hissəsini ölkə Avropa İttifaqı fondlarından alacaq.
Çexiyada sentyabr daşqınları zamanı ən çox respublikanın şimal-şərqindəki regionlar - Moraviya-Sileziya və Olomouts vilayətləri zərər çəkib. Stanyuranın sözlərinə görə, faciə miqyasına görə 1997 və 2002-ci illərdə baş vermiş daşqınlarla müqayisə oluna bilər ki, o zaman respublikanın şərq hissəsindəki bir çox yaşayış məntəqələri və Praqanın mərkəzi rayonları su altında qalmışdı.
Oxşar xəbərlər
Sentyabr daşqınları Çexiyaya 2,4 milyard avro zərər vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiyada daşqınlardan dövlətə dəyən ziyan 1,2 milyard avro təşkil edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiyanın dövlət borcu ilin əvvəlindən təxminən 10 milyard dollar artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Qəzzaya dəyən ziyanın həcmini açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden “Milton” qasırğasından dəyən zərəri 50 milyard dollar qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












