Bayden “Milton” qasırğasından dəyən zərəri 50 milyard dollar qiymətləndirib
Floridaya zərbə vuran “Milton” qasırğasından dəyən zərər ilkin olaraq 50 milyard dollar qiymətləndirilir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
Dövlət başçısı qeyd edib ki, bu, son üç ay ərzində Florida ştatına zərbə vuran üçüncü böyük qasırğadır.
Bayden vurğulayıb ki, bu, ekspertlərin ilkin qiymətləndirməsidir və son zərər məbləği 50 milyard dollardan həm çox, həm də az ola bilər. Prezident həmçinin təbii fəlakətdən zərər çəkənlərə başsağlığı verib və amerikalıların evlərinə qayıda bilməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Xatırladaq ki, “Milton” qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur.
Oxşar xəbərlər
“Milton” qasırğası nəticəsində Florida ştatında ölənlərin sayı 16 nəfərə çatıb
“Milton” qasırğası nəticəsində su basmış Florida küçələrində timsahlar peyda olub
Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib
“Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib
“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
