Argentinada sahibkar 100 pingvinin ölümündə təqsirli bilinib
Argentinanın Roson şəhər Məhkəməsi sahibkarı pinqvinlərin yuva qurduğu ərazidə ağır texnika ilə hərəkət edərək ekoloji zərər vurmaqda təqsirli bilib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Çubut vilayətinin məhkəmə orqanlarının mətbuat xidməti açıqlama yayıb.
"Məhkəmə yekdilliklə Rikardo La-Rexinin ağırlaşdırıcı vəziyyətdə zərər vurmaqda və heyvanlara qarşı amansız rəftar etməkdə təqsirli olduğuna qərar verdi", - açıqlamada bildirilir.
Məhkəmə qərarı noyabrın 11-də elan olunacaq.
İstintaq müəyyən edib ki, La-Rexin 2021-ci ildə Punta-Tombo qoruğu zonasının yaxınlığında yerləşən öz ərazisi üçün yol və hasar inşa etmək məqsədilə pinqvinlərin yuva qurduğu ərazidən ağır texnika ilə keçib. Qəzetin məlumatına görə, sahibkarın hərəkətləri nəticəsində 100-dən çox pingvin ölüb və 300-ə yaxın yuva dağılıb. Nəşr, bu işin Latın Amerikasında ekosid üzrə ilk hökm çıxarılan məhkəmə işi olduğunu qeyd edir.
Oxşar xəbərlər
Sabiq deputata qarşı dələduzluq etməkdə təqsirli bilinən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda əlil arvadını öldürən kişi 18 il həbs cəzasına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış idmançılar məhkəmədə özlərini təqsirli bilməyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın şərqində məhkəmə binası yaxınlığında atışma başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda məktəblidən nömrə istəyən şəxs cəzalandırıldı: “İşçimin qızına bənzətdim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












