KİV: Blinken seçkilərdən sonra Qəzzanın idarəsi ilə bağlı planını təqdim edə bilər
ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərindən sonra Qəzza zolağının müharibədən sonrakı idarə olunması planını təqdim edə bilər.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət İsrail və BƏƏ tərəfindən hazırlanmış təkliflərə əsaslanan plandan gedir.
Qeyd olunur ki, Amerika administrasiyasındakı bəzi rəsmilər bu planın Fələstin Prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fələstin Milli Administrasiyasını diqqətdən kənar qoymaq kimi dəyərləndiriləcəyindən narahatdır. Portal yazır ki, təşəbbüs, digər məsələlərlə yanaşı, münaqişənin iki dövlətli həllini və Qəzzada humanitar yardım paylayacaq, asayişi təmin edəcək və Fələstin anklavını idarə etmək üçün zəmin yaradacaq beynəlxalq missiyanın yerləşdirilməsini nəzərdə tutur.
İddia olunur ki, Blinken və bir sıra digər ABŞ rəsmiləri Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın Prezident Cozef Baydenin səlahiyyət müddəti dövründə əldə oluna bilinməyəcəyini düşünür. “Bu vəziyyətdə son bir neçə həftə ərzində müzakirələri intensivləşən Qəzzanın müharibədən sonrakı idarə olunması planı münaqişəyə son qoymaq üçün başlanğıc nöqtəsi ola bilər”, - “Axios”un mənbələri deyib.
Oxşar xəbərlər
Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken İsrailə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı Qəzza zolağı üçün sülh planını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Bəhreynə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












