CAR-ın Mərkəzi Bankının keçmiş rəhbəri vəfat edib
sizinxeber.az xəbər saytı

CAR-ın Mərkəzi Bankının keçmiş rəhbəri vəfat edib


Cənubi Afrika Respublikasının (CAR) Mərkəzi Bankının rəhbəri, əmək naziri və maliyyə naziri vəzifələrində çalışmış Tito Mboveni 66 yaşında vəfat edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə EWN radiostansiyası xəbər yayıb.

Məlumata görə, siyasətçi şənbə günü axşam xəstəxanada ailəsinin əhatəsində dünyasını dəyişib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa “X” sosial səhifəsində (keçmiş Twitter-red) Mboveninin ailəsinə başsağlığı verib.

"Biz ölkəmizə fəal, iqtisadi siyasətin yenilikçisi və işçilərin hüquqlarının müdafiəçisi kimi xidmət edən lideri və həmvətənimizi itirdik", - CAR prezidenti qeyd edib.

Oxşar xəbərlər

FİFA-nın keçmiş vitse-prezidenti dünyasını dəyişib
EBRD-nin Bakı ofisinin keçmiş rəhbəri vəfat edib
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər