Kolumbiyada helikopter qəzasında 8 hərbçi həlak olub
sizinxeber.az xəbər saytı

Kolumbiyada helikopter qəzasında 8 hərbçi həlak olub


Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, - deyə o bildirib

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Oxşar xəbərlər

Qəzzada İsrailə məxsus helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər