İsrail yenidən Livana zərbələr endirir
sizinxeber.az xəbər saytı

İsrail yenidən Livana zərbələr endirir


İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Livanın LBCI telekanalının məlumatına görə, İsrail Beyrutun cənubuna da zərbələr endirib, bütün paytaxtda güclü partlayışlar eşidilib. Paytaxtın səması qara tüstüyə bürünüb.

İsrail hərbçilərinin hansı hədəflərə hücum etdiyi hələlik bəlli deyil.

Xatırladaq ki, daha əvvəl Nyu-Yorka səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun komandanlığı qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər “Hizbullah”a qarşı zərbələrini davam etdirəcəyini bildirmişdi.

Oxşar xəbərlər

İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livandakı “Hizbullah”ın obyektlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail aviasiyası Livanın cənubuna silsilə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”ın hərbi obyektlərinə hücumlar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər