Meksikanın ABŞ ilə sərhədyanı bölgəsində 11 nəfərin meyiti tapılıb
sizinxeber.az xəbər saytı

Meksikanın ABŞ ilə sərhədyanı bölgəsində 11 nəfərin meyiti tapılıb


Meksikanın ABŞ ilə sərhədyanı bölgədə yerləşən Çiuaua ştatının Oxinaqa şəhərində 2-si başı kəsilmiş 11 nəfərin meyiti tapılıb.

“Sizinxeber.az” “El Universal”a istinadən xəbər verir ki, bu barədə ştatın baş prokuroru Sezar Xaureqi Moreno bildirib.

“11 cəsəd atıblar, onlardan 2-sinin başı kəsilib. Onların yanında “La-Liniya” [cinayətkar qruplaşması] tərəfindən imzalanmış məktub var idi ki, orada ölənlərin xain olduğu deyilirdi”, – nəşr prokurorun sözlərindən sitat gətirib.

Məlumata görə, meyitlərin tapıldığı ərazi Texasla həmsərhəd olan bu bölgə üzərində nəzarət uğrunda cinayətkar qruplaşmalar arasında mübarizə zonasıdır.

Xaureqi həmçinin olayın eyni adlı ştatda təxminən iki həftədir davam edən “Sinaloa” karteli daxilindəki daxili münaqişə ilə hər hansı əlaqəsini tamamilə istisna edib. Belə ki, həmin münaqişə qurbanlarının sayı artıq 40 nəfəri keçib.

Oxşar xəbərlər

Meksikanın cənubundakı zorakılıqlara görə yüzlərlə insan Qvatemalaya qaçıb
Buzovnada dənizdə batan iki nəfərin meyiti tapılıb
İtaliya sahillərində daha 14 miqrantın meyiti tapılıb
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Sumqayıtda evdən 37 yaşlı kişi meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle