Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib
sizinxeber.az xəbər saytı

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib


Vyetnamın bir sıra şimal əyalətlərində “Yaqi” qasırğasının səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 233-ə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 823 nəfər yaralanıb.

103 nəfər isə itkin düşüb.

Qeyd edək ki, “Yaqi” qasırğasının yaratdığı daşqınlar 188 min hektardan çox əkin sahəsinə ziyan vurub, həmçinin 1,1 min baş iribuynuzlu mal-qara və 680 min ev quşu tələf olub.

Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, qasırğa son 30 ildə ölkəni cənginə alan ən güclüdür. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.

Oxşar xəbərlər

Vyetnamdakı qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yaqi” tayfunu nəticəsində ölənlərin sayı 197 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yaqi” superqasırğası Vyetnamda 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər