Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşüb
sizinxeber.az xəbər saytı

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşüb


Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Su bəndlərinin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması departamentindən məlumat verilib.

Məlumata görə, bir sıra şimal əyalətlərində baş vermiş daşqın və sürüşmə 179 nəfərin ölümünə səbəb olub, 145 yerli isə sakin isə itkin düşüb.

Qeyd edək ki, Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, tayfun son 30 ildə ölkəni cənginə alan ən güclü tayfun olub. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.

Oxşar xəbərlər

Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, onlarla insan itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində qasırğa 12 nəfərin ölümünə səbəb olub, vəzifəli şəxslər itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində güclü yağışlar 11 nəfərin ölümünə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər