sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tacikistanın baş müftisi hücum zamanı yaralanıb
Tacikistan Üləmalar Şurasının sədri Saidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb.
“Report”un məlumatına görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
“Bu gün saat 17:20-də radələrində (Bakı vaxtı ilə 16:20) Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra bir nəfər Tacikistan Üləmalar Şurasının sədri Saidmukarram Abdulkodirzodaya kəsici-deşici alətlə xəsarət yetirib... Nəticədə o, yüngül xəsarət alıb və həkimlər tərəfindən müayinə olunduqdan sonra yaşadığı ünvana göndərilib”, - məlumatda deyilir.
DİN-dən qeyd olunub ki, hücum edən şəxs artıq saxlanılıb.
Oxşar xəbərlər
Tacikistanın baş müftisi sui-qəsdə məruz qalıb
Azərbaycan və Tacikistan birbaşa aviareyslər açmaq niyyətindədir
Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var
Mingəçevirdə iki nəfər kəsici alətlərlə bir-birinə xəsarət yetirib
Rusiyada qubernator bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













