Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
Rusiya Federasiyasının 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaqla əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo kəndlərindən sıxışdırılaraq çıxarılıb. Ukrayna Silahlı Qüvvələri ağır itkilər verərək geri çəkilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir. Sucanski rayonunun azad edilməsi əməliyyatı davam edir”, - məlumatda deyilir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə razılaşma əldə edilməsinin mümkünlüyünü qiymətləndirərkən Kursk vilayətindəki vəziyyət fonunda bunu təsəvvür etməyin çox çətin olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Kursk vilayətinə gələn “Vaqner” yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












