ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib
Rusiyanın Kursk vilayətinə hücum Ukrayna Silahlı Qüvvələrinə cəbhənin bir hissəsində təşəbbüsü müvəqqəti ələ almağa və bütün istiqamətlərdə qarşıdurmanı davam etdirməyə imkan verib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hazırladıqları hesabatda bildirilib.
“2023-cü ilin noyabr ayından hərbi əməliyyatların getdiyi bütün ərazidə təşəbbüsə malik olmaq Rusiya tərəfinə Ukraynada döyüşlərin yeri, vaxtı, miqyası və tələbləri müəyyən etməyə imkan verib, Kiyev isə müdafiə əməliyyatlarına maddi və insan resursları sərf etmək məcburiyyətində olub. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatı Kremli və Rusiya Federasiyasının hərbi komandanlığını cavab tədbirləri görməyə və Ukrayna qoşunlarının hücuma başladığı əraziyə əlavə qüvvə və aktivlər göndərməyə vadar edib”, - sənəddə qeyd olunub.
Ukrayna mətbuatının məlumatına görə, artıq yeddinci gündür ki, Kursk vilayətində döyüşlər davam edir və Ukrayna qoşunları qərb və şimal-qərb istiqamətində irəliləməyə nail olub.
Oxşar xəbərlər
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
KİV: Kursk vilayətinə gələn “Vaqner” yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
KİV: Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə girib, bir neçə kəndi nəzarətə götürüb
The Washington Post: Zelenskinin müşaviri Ukrayna ordusunun “yüzlərlə əsir” götürdüyünü bildirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













