Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib
Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya Federasiyasının Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.
“Sizinxeber.az” RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məlumat yayıb.
Onun sözlərinə görə, döyüşlər davam edir.
“Biz bəzi istiqamətlərdə 1-3 kilometr məsafədə irəliləyirik, həmçinin bütün cəbhə xətti boyunca döyüşlər davam edir, ümumilikdə vəziyyət nəzarət altındadır”, - Sirski bildirib.
O, həmçinin qeyd edib ki, general-mayor Eduard Moskalev artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb.
"İndi Malaya Loknya bölgəsində döyüşlər gedir, ümid edirəm ki, orada çoxlu əsir götürüləcək", - Sirski əlavə edib.
Qeyd edək ki, artıq 11 gündür Rusiyanın Kursk vilayətində döyüşlər gedir.
Oxşar xəbərlər
Ukrayna ordusu Rusiyanın bu qədər ərazisinə nəzarət edir
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib
KİV: Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə girib, bir neçə kəndi nəzarətə götürüb
Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir
Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
