Almaniya kansleri Ukrayna münaqişəsində danışıqların vaxtının çatdığını bildirib
Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin sülhün necə əldə olunacağını müzakirə etmək məqamı olduğunu deyib və Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakını bir daha müdafiə edib.
“Report” xəbər verir ki, bu barədə o, ZDF televiziyasına müsahibəsində deyib.
“Fikrimcə, indi bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indiki məqamda real görünəndən daha tez müzakirə etməliyik. İstənilən halda yeni konfrans keçiriləcək. Ukrayna prezidenti Volodimir Zelenski ilə mən eyni fikirdəyik ki, Rusiya orada təmsil olunmalıdır”, - o bildirib.
Şolts bundan sonra da Kiyevə kömək etmək üçün hər şeyi edəcəyini qeyd edib, lakin etiraf edib ki, Almaniyada silah tədarükünə qarşı çıxan partiyaların uğurlu olduğu regional seçkilərin nəticələri həm də bir sıra vətəndaşların Ukraynanı dəstəkləməklə razılaşmaması ilə bağlıdır.
Oxşar xəbərlər
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
