Sankt-Peterburqda seçki məntəqələrində 30-a yaxın insan qidadan zəhərlənib
Rusiyanın Sankt-Peterburq şəhərində 30-a yaxın insan şəhər seçki məntəqələrində qida zəhərlənməsi əlamətləri ilə həkimlərə müraciət edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya KİV-i RF İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin bəyanatına istinadən məlumat yayıb.
“Rospotrebnadzor”un əməkdaşları hazır yeməklərin istehsal olunduğu və seçki məntəqələrinə təhvil verildiyi binalara baxış keçiriblər və müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qeyd olunur ki, şəhərin Admiralteyski və Kirovski rayonlarındakı seçki məntəqələrində baş verən zəhərlənmələrlə bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Sankt-Peterburqda sentyabrın 6-dan 8-dək qubernator və bələdiyyə müavinləri üçün seçkilər keçirilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
