sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb
Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin radikal “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial razılıq əldə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden bildirib.
“Düşünürük ki, biz sövdələşmə bağlaya bilərik, onların (tərəflər - Qeyd) hamısı sazişin prinsipləri ilə razılaşdıqlarını bildiriblər”, - deyə o qeyd edib.
Bayden konsultasiya iştirakçılarının görüşü davam edərkən nikbin olduğunu da əlavə edib: “Bu müharibəni bitirməyin vaxtıdır. Düşünürəm ki, biz razılaşma ərəfəsindəyik”.
Oxşar xəbərlər
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib
Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
KİV: Bayden Netanyahudan Yaxın Şərqdə eskalasiyanı dayandırmağı tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









