KİV: Qəzzada döyüşlərin dayandırılması ilə bağlı məsləhətləşmələr nəticəsiz başa çatıb
sizinxeber.az xəbər saytı

KİV: Qəzzada döyüşlərin dayandırılması ilə bağlı məsləhətləşmələr nəticəsiz başa çatıb


Qəzza zolağında atəşkəslə bağlı ABŞ, Misir və Qətərin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələr nəticəsiz başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb

Məlumata görə, avqustun 15-dən etibarən vasitəçilərin Doha və Qahirədə münaqişə tərəfləri ilə məsləhətləşmələr apardığı danışıqların növbəti raundu, güman ki, atəşkəsə nail olmağa və girovların azad edilməsinə imkan verməyəcək. Razılaşmanın əldə olunmasına İsrailin qoşunlarını Filadelfiya dəhlizindən - Misirlə Qəzza zolağının sərhədindəki ərazidən çıxarmaqdan imtina etməsi mane olur. Üstəlik, İsrail tərəfi ömürlük həbs cəzasına məhkum edilmiş 65 fələstinli məhbusun azad olunmasından da imtina edib.

“İsrailin həll olunmamış məsələlərlə bağlı təkliflərə cavab verməkdən imtina etməsi səbəbindən danışıqlar uğursuzluğa doğru gedir. HƏMAS təsdiq edir ki, hazırkı formada aparılan danışıqlar razılığa gətirib çıxarmayacaq”, - telekanal hərəkat nümayəndəsinin sözlərindən sitat gətirir.

Oxşar xəbərlər

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: HƏMAS Qahirədəki məsləhətləşmələrdə ABŞ-nin təklifini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər