Qəzzada peyvəndlərin aparılması üçün razılıq əldə edilib
BMT Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə vermək üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəlib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn brifinqdə deyib.
"Bütün tərəfləri ailələrin sağlamlıq mərkəzlərinə təhlükəsiz şəkildə çatdırılması üçün humanitar fasiləyə hörmət etməyə çağırırıq", R.Piperkorn bildirib.
Nümayəndə əlavə edib ki, ÜST sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsində peyvəndə başlamağı planlaşdırır, üç gün sonra tibb işçiləri anklavın cənubuna, daha üç gündən sonra isə şimala gedəcək. Lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.
Bundan əvvəl BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında poliomielit peyvəndi üçün 11 tibb mərkəzinin fəaliyyətə başladığını açıqlamışdı.
Oxşar xəbərlər
BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib
Çin İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb
Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb
Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub
İsrail Qəzzanın mərkəzində humanitar fasilə elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












