BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib
BMT Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə vermək üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa nail olub.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn jurnalistlərə açıqlamasında deyib.
“Bizim peyvənd kampaniyası üçün seçilmiş ərazilərdə humanitar fasilələrlə bağlı ilkin razılaşmalarımız var və biz uşaqların və ailələrin sağlamlıq mərkəzlərinə təhlükəsiz şəkildə çatması üçün bütün tərəfləri bu fasilələrə hörmət etməyə çağırırıq”, - deyə o bildirib.
O həmçinin bildirib ki, ÜST sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsində peyvənd etməyə başlamağı planlaşdırır. Üç gün sonra tibb işçiləri anklavın cənubuna, daha üç gündən sonra isə şimala köçəcək. Lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.
ÜST nümayəndəsi həmçinin bildirib ki, təşkilat fasilələr məsələsini bütün tərəflərlə, o cümlədən İsrail Hökumətinin Fələstin Ərazilərində Koordinasiya Ofisi (COGAT) ilə kordinə edir.
Oxşar xəbərlər
Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
Yaşar Güler: İranla İsrail arasında baş verə biləcək açıq qarşıdurma bütün bölgə üçün böyük təhlükədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
