Çin İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb
Çin Qəzza zolağında poliomielit xəstəliyinin yayılması təhlükəsi fonunda İsraili beynəlxalq humanitar qanunlara riayət etməyə çağırır.
"Report" CGTN-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Fu Tsun Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, poliomielit peyvəndi ilə bağlı kampaniyalara dəstək vermək çox vacibdir: “Humanitar məsələləri siyasiləşdirmək olmaz. Aclıq silah kimi istifadə edilə bilməz. İsrail bütün sərhəd keçidlərini açmalı, yardım karvanlarının sürətli və təhlükəsiz girişini təmin etməlı, BMT və humanitar təşkilatlara məhdudiyyətləri və hücumları dayandırmalıdır. Beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməlidir”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
