Çində internet istifadəçilərinin sayı 1 milyardı ötüb
Çində internet istifadəçilərinin ümumi sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,42 milyon artaraq 2024-cü ilin iyun ayının sonuna yaxın 1,1 milyarda çatıb.
“Report” xəbər verir ki, bu cür məlumatlar Çin Şəbəkə İnformasiya Mərkəzinin dərc etdiyi hesabatda verilir.
Qeyd olunub ki, bu dövrdə bütün yeni internet istifadəçilərinin əsas hissəsini 10-19 yaş arası gənclər təşkil edib - 49%.
Qısa video seqmenti xüsusilə sürətlə inkişaf edir. Müvafiq proqramlardan ölkədə internet istifadəçilərinin ümumi sayının 37,3 faizi istifadə edir.
Çin istifadəçilərinin əksəriyyəti mobil cihazlardan istifadə edərək internetə daxil olur. Ölkə beşinci nəsil rabitəsini (5G) fəal şəkildə inkişaf etdirir. İyunun ortalarına qədər bütün Çində bu rabitə standartı üçün 3,92 milyon baza stansiyası quraşdırılıb.
Oxşar xəbərlər
Çində 5G baza stansiyalarının sayı 3,92 milyona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
