Çində 5G baza stansiyalarının sayı 3,92 milyona çatıb
Çində iyunun sonuna yeni nəsil 5G rabitə şəbəkələrinin baza stansiyalarının sayı təxminən 3,92 milyon ədəd təşkil edib.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiyalaşdırma Nazirliyi məlumat yayıb.
Beləliklə, ilin birinci yarısında onların sayı 540 min ədəd artıb. Onların ölkə üzrə mobil rabitə baza stansiyalarının ümumi sayındakı xüsusi çəkisi 33 %-ə çatıb.
Çində iyunun sonunda 927 milyon 5G mobil abunəçisi olub ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 105 milyon nəfər çoxdur. Bu, ölkənin aparıcı telekommunikasiya şirkətlərinin – “China Telecom”, “China Mobile”, “China Unicom” və “China Broadnet”in ümumi abunəçilərinin 52,4 %-ni təşkil edir.
Oxşar xəbərlər
Ötən il Aİ-də yeni elektromobillərin sayı 1,5 dəfə artıb
Ermənistana gələnlərin sayı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
