Ukrayna Prezidenti: Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir
sizinxeber.az xəbər saytı

Ukrayna Prezidenti: Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir


Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi əməliyyat Qətərdəki enerji görüşü ilə əlaqəli deyil.

“Sizinxeber.az” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

O qeyd edib ki, Kursk vilayətində keçirilmiş hərbi əməliyyatlar Ukraynanın qələbə planının bəndlərindən biridir.

“Kursk əməliyyatı ilə Qətərdəki görüş qətiyyən əlaqəli deyil. Kursk əməliyyatı sülh düsturunun heç bir bəndi ilə bağlı deyil. Bu hərbi əməliyyatın ikinci sülh sammiti ilə əlaqəsi varmı? Bəli. Çünki Kursk əməliyyatı Ukraynanın qələbə planının bəndlərindən biridir”, - o vurğulayıb.

Eyni zamanda V.Zelenski ABŞ Prezidenti Cozef Bayden ilə bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində baş tuta biləcək görüşünün anonsunu verib. Ukrayna lideri Baydenə və komandasına dəstəyə görə minnətdarlığını bildirib və “çox şeyin ABŞ-dən asılı olduğunu” diqqətə çatdırıb.

Oxşar xəbərlər

Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden ilk dəfə Ukrayna ordusunun Kursk vilayətindəki hərbi əməliyyatlarını şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər